İngiltərənin Kralı Çarlzın qardaşı ötən gün saxlanılan Şahzadə Andrew Mountbatten-Windsor aparılan araşdırmalar nəticəsində sərbəst buraxılıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı açıqlamada "Norfolkdakı 60 yaşlarında bir şəxs, dövlət vəzifəsində sui-istifadə şübhəsi ilə saxlanıldı. Söz mövzusu şəxs araşdırma çərçivəsində sərbəst buraxılıb. Norfolkda həyata keçirilən axtarışların sona çatdığını təsdiq edə bilərik. Lakin Berkshire-dəki axtarışlarımız hələ də davam edir" - ifadələri yer alıb.
Açıqlamada hazırkı araşdırma mərhələsində mövzu ilə bağlı başqa bir açıqlama verilməyəcəyi və hər hansı bir mətbuat konfransı keçirilməyəcəyi də bildirilib.