İranın Həmədan əyalətində İran Ordusuna aid bir təlim təyyarəsi qəzaya uğrayıb.
Manset.az xarici mediaya istiandən xəbər verir ki, qəza nəticəsində bir nəfərin həyatını itirdiyi bildirilib.
Şəhid Nüce Hava Qüvvələri İctimaiyyətlə Əlaqələr Şöbəsindən verilən açıqlamada deyilir: "İran Ordusuna aid bir təlim təyyarəsi axşam saatlarında Həmədan əyalətində qəzaya uğrayıb. Hadisə nəticəsində pilotlardan biri həyatını itirərib, digəri xilas olub".
Qəza ilə bağlı araşdırma başladıldığı qeyd edilib.