"İrana endirilən zərbələr beynəlxalq hüquq normalarını aşır" - Makron

02:01 - 04 Mart 2026

\"İrana endirilən zərbələr beynəlxalq hüquq normalarını aşır\" - Makron

Fransa Prezidenti Emmanuel Makron ABŞ və İsrailin İrana endirdiyi zərbələrin beynəlxalq hüquq normalarını aşdığını bildirib.


Manset.az xəbər verir ki, bu barədə o, xalqa müraciətində danışıb.

    Makronun sözlərinə görə, ABŞ və İsrailin hərbi əməliyyatları Yaxın Şərqdə münaqişənin genişlənməsinə səbəb olub və regional təhlükəsizliyə ciddi təsir göstərib.

    “Yaxın Şərqdə yenidən müharibə başlayıb. Bu, ABŞ və İsrailin İrana endirdiyi zərbələr nəticəsində baş verdi və artıq regiona yayılıb. Bunun sülh və təhlükəsizlik üçün ağır nəticələri var. Danışıqlar çıxılmaz vəziyyətə düşdü və ABŞ ilə İsrail hərbi əməliyyatlara başlamaq qərarı verdi. Bu əməliyyatlar beynəlxalq hüququ pozaraq həyata keçirilib və biz bunu dəstəkləyə bilmərik”, – deyə Fransa prezidenti vurğulayıb.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az