İspaniyanın şimalındakı Santander şəhərindəki "El Bocal" çimərliyində piyada keçidini təmin edən taxta körpü çöküb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, baş verən dəhşətli hadisədə 3 nəfər həyatını itirib.
Xəbərlərə görə, Santander bələdiyyəsi və Fövqəladə Hallar Xidməti El Bocal çimərliyi ilə İspaniya Okean Elmi İnstitutu arasındakı ərazidə təbiət gəzintisi edən 7 nəfərlik qadın qrupunun körpünün çökdüyü nəticəsində dənizə düşdüyünü bildirmişdir.
İtkinləri axtarma əməliyyatları helikopter, qayıq və digər vasitələrlə davam etməkdədir.