Bu ölkələr ABŞ və Rusiyadan yardım istədilər

11:22 - 04 Mart 2026

Bu ölkələr ABŞ və Rusiyadan yardım istədilər

Körfəz ölkələrində İranın bölgəyə yayılan qarşı hücumları sonrası panik havası yaranıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hava müdafiə ehtiyatlarının kritik səviyyədə olduğu qeyd edilən Körfəz paytaxtları müharibənin enerji bazarlarına təsirləri və bölgədəki təhlükəsizlik anlayışının pozulması səbəbi ilə ABŞ və Rusiyadan “çıxış yolu” tələb edir.

İranın ABŞ və İsrailin həftə sonu başladığı hücuma verdiyi qarşılıq Körfəz bölgəsində zəncirvari təhlükəsizlik və enerji böhranına çevrilib. ABŞ və İsrailin şənbə günü İranı hədəf almasının ardından keçən ilk 72 saat ərzində Tehran ballistik raket və pilotsuz uçuş aparatları ilə İsrail ilə yanaşı Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı və Omanı da hədəf alıb. Münaqişənin yaratdığı iqtisadi və təhlükəsizlik təsirləri Körfəz ölkələrini hərəkətə keçirib. Bölgə liderləri gərginliyin azalması üçün əvvəlcə ABŞ Prezidenti Donald Trampla əlaqə saxlasalar da, Trampın “əməliyyat davam edəcək” mesajı üzərinə bu dəfə İranı məhdudlaşdırmağı tələb edərək Rusiya prezidenti Vladimir Putinə müraciət ediblər. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az