Türkiyə prezidenti İrana xəbərdarlıq etdi

21:58 - 04 Mart 2026

Türkiyə prezidenti İrana xəbərdarlıq etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oxşar hadisələrin bir daha baş verməməsi üçün İrana xəbərdarlıq edildiyini bildirib.


Manset.az APA-ya istinadən xəbər verir ki, Ərdoğan regionda baş verən hadisələrə qarşı Türkiyənin lazımi tədbirləri gördüyünü deyib.

    “Regionumuzun üzləşdiyi bu çətin günlərdə sərhədlərimizin və hava məkanımızın təhlükəsizliyi məsələsində işi əsla şansa buraxmırıq. Bu səhər baş verən hadisədə olduğu kimi, NATO müttəfiqlərimizlə birlikdə zəruri tədbirləri görürük və dərhal lazımi müdaxiləni edirik. Oxşar hadisələrin bir daha təkrarlanmaması üçün xəbərdarlıqlarımızı da ən aydın və qəti şəkildə çatdırırıq.

    Allaha şükürlər olsun ki, ölkəmizin və xalqımızın təhlükəsizliyinin təmin olunması istiqamətində iradəmiz və imkanlarımız ən yüksək səviyyədədir. Son 23 ildə bütün maneələrə baxmayaraq, bu qətiyyətimizdən əsla geri çəkilməmişik”, – Ərdoğan deyib.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az