Kubanın şərqində güclü zəlzələ oldu

19:51 - 06 Mart 2026

Kubanın şərqində güclü zəlzələ oldu

Quantanamo əyalətinin İmias şəhəri yaxınlığında zəlzələ baş verib.


Manset.az Oxu.az-a istinadən məlumat verir ki, Kubanın şərq bölgəsində 5,3 bal gücündə yeraltı təkanlar meydana gəlib. Təbiət hadisəsi Santyaqo-de-Kuba və Quantanamo əyalətlərinin ərazisində də hiss edilib.

Kuba Milli Seysmoloji Xidmətinin monitorinq stansiyaları yerli vaxtla saat 04:56-da (Bakı vaxtı ilə saat 13:56 - red.) baş verən zəlzələni qeydə alıb.

Seysmoloqların hesabatına əsasən, zəlzələnin episentri Quantanamo əyalətində yerləşən İmias şəhərindən 30 km cənub-şərq istiqamətində, ocağı isə yerin 30 km dərinliyində yerləşib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az