Putin Pezeşkianla bölgədəki vəziyyəti müzakirə etdi

01:00 - 07 Mart 2026

Putin Pezeşkianla bölgədəki vəziyyəti müzakirə etdi

Rusiya prezidenti Vladimir Putinlə İran prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.


Manset.az xəbər verir ki, Pezeşkian İran xalqı ilə həmrəyliyinə görə Putinə təşəkkürünü bildirib.

    "Məsud Pezeşkian Rusiyanın öz ölkəsinin suverenliyi və müstəqilliyini müdafiə edən İran xalqı ilə həmrəyliyinə görə təşəkkürünü ifadə edib və münaqişənin hazırkı kəskin mərhələsində vəziyyət barədə ətraflı məlumat verib", - Kremlin Mətbuat Xidmətinin məlumatında deyilir.

    Putin öz növbəsində Moskvanın Yaxın Şərqdə hərbi əməliyyatların dərhal dayandırılması və mümkün qədər tez siyasi və diplomatik həll yoluna qayıtmağın vacibliyi ilə bağlı prinsipial mövqeyini bir daha təsdiqləyib.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az