ABŞ raketləri Tehranı hədəfə alıb, İsrail qırıcıları isə İran generallarını. Yeraltı bunkerlerde İslam İnqilabının taleyi müəyyən olunur.
Manset.az Modern.az-a istinadən xəbər verir ki, Ali rəhbər vəzifəsinə əsas namizəd — 56 yaşlı Müctəba Xamenei öldürülmüş Ayətullahın oğludur.
Amma o taxta nə qədər yaxınlaşırsa, Qərbdəki aktivlərinə bir o qədər qorumağa çalışır.
Seyid Əli Xamenei 28 fevral 2026-cı ildə öldürüldükdən dərhal sonra yüksək rütbəli dini şəxslər Müctəbanı əsas namizəd elan ediblər. Ekspertlər hətta onun seçimini 4 martda açıqlamağı planlaşdırırdı, amma mərasim təhlükəsizlik səbəbindən təxirə salındı. Buna səbəb ABŞ və İsrailin onu hədəf etmə təhlükəsi idi.
SEPAH onun namizədliyini müdafiə edir. Çünki Möctəba onlarla onilliklər boyunca əlaqələr qurub və təhlükəsizlik xidmətlərinin idarə olunması və koordinasiyasına yaxşı bələddir.
Amma Müctəbanın İran Lideri seçilməsində maneələr də var. Şiə əqidəsində atadan oğula hakimiyyətin keçməsi bəyənilmir. Çünki bu, 1979-cu il inqilabının əleyhinə gedən monarxiyanı xatırladır.
ABŞ-nin "Bloomberg" agentliyinin araşdırmasına görə Müctəba müxtəlif ölkələrdə qeyri-rəsmi şirkətlər və vasitəçilərlə daşınmaz əmlak imperiyası qurub:
Londonda Bishops Avenue-də ümumi dəyəri 100 milyon Britaniya funtundan çox 11 villa (“milyarderlər küçəsi”),
Almaniyada, Frankfurtda iki otel və Oberhauzen-də ticarət mərkəzi.
İspaniyanın Mayorka adasında otel.
Dubayın Emirates Hills elit bölgəsində villa.
İsveçrə, Lixtenşteyn, Birləşmiş Ərəb Əmirliklərində bank hesabları.
Müctəbanın əsas vasitəçisi Əli Ansaridir. O İran biznesmeni, SEPAH-ı maliyyələşdirən korrupsiyaçı kimi tanınıb. Rəsmi olaraq heç bir əmlak Müctəbanın adına deyil, amma Qərb kəşfiyyatları əmindir ki, bütün aktivlərin arxasında o dayanır. Müctəba gələn həftə İran Lideri seçilə bilər. Bu baş verərsə, SEPAH və ali Lider arasında sıx bağlılıq yaranacaq və ən sərt siyasət həyata keçiriləcək.
Müctəbanın lider seçilməsi həm də hərbi əməliyyatların daha da dağıdıcı hala gəlməsi demək olacaq.