Türkiyənin Xarici İşlər naziri Hakan Fidan İranın Xarici İşlər naziri Abbas Araqçi ilə telefon danışığı edib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Nazir Fidan iranlı həmkarı Araqçiyə Türkiyənin hava məkanının pozulmasının qəbulolunmaz olduğunu bildirib.
Xarici İşlər Nazirliyinin mənbələrinə əsasən, Nazir Hakan Fidan Türkiyə hava məkanının pozulmasının yolverilməz olduğunu vurğulayaraq Türkiyənin buna qarşı bütün lazımi tədbirləri görməyə davam edəcəyini qeyd edib.
Nazir Fidan bütün tərəflərin regional təhlükəsizliyi poza biləcək və mülki şəxslər üçün təhlükə yarada biləcək addımlardan çəkinməsi lazım olduğunu bildirib.
Araqçi isə Türkiyə hava məkanına yönəldilən raketlərin İran mənşəli olmadığını və məsələ ilə bağlı geniş araşdırma aparılacağını açıqlayıb.