Pezeşkian və Ərdoğan arasında kritik telefon danışığı - Tehran təkzib, Ankara xəbərdarlıq etdi

00:29 - 10 Mart 2026

Pezeşkian və Ərdoğan arasında kritik telefon danışığı - Tehran təkzib, Ankara xəbərdarlıq etdi

İran Prezidenti Məsud Pezeşkian və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında martın 10-da kritik telefon danışığı baş tutub.


Manset.az Musavat.com-a istinadən xəbər verir ki, söhbət zamanı Pezeşkian Türkiyə ərazisinə İrandan raket atılması ilə bağlı iddiaları qəti şəkildə təkzib edib.

Danışıq zamanı liderlər regional gərginliyi və təhlükəsizlik məsələlərini aşağıdakı müstəvidə müzakirə ediblər. Pezeşkian İrandan Türkiyəyə qarşı hər hansı raket hücumunun olmadığını bildirib və Tehranın bu insidenti araşdırmaq üçün birgə istintaq qrupu yaratmağa hazır olduğunu bəyan edib. O, İranın məqsədinin regionda gərginliyi azaltmaq olduğunu vurğulayıb.

Prezident Ərdoğan Türkiyənin heç vaxt İranla qarşıdurma niyyətində olmadığını, lakin sərhəd və hava məkanının təhlükəsizliyinin qırmızı xətt olduğunu diqqətə çatdırıb.

Türkiyə lideri "indi diplomatiya qapılarını açmağın hər zamankından daha vacib olduğunu" vurğulayaraq, tərəfləri təmkinli olmağa çağırıb.

Xatırladaq ki, martın əvvəlində Türkiyənin hava məkanına daxil olan bir ballistik raketin NATO-nun hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyi və qalıqlarının Hatay və Qaziantep bölgələrinə düşdüyü bildirilmişdi. Ankara bu hadisəyə görə Tehrana xəbərdarlıq etsə də, İran tərəfi hərbi fəaliyyətin Türkiyəyə qarşı olmadığını iddia edir. Analitiklər Pezeşkianın bu addımını İranın "odla oynamaq" istəmədiyi və qonşuları ilə münasibətləri qorumağa çalışdığı kimi qiymətləndirirlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az