ABŞ Müdafiə Naziri Pete Hegseth İran əleyhinə başlatdıqları hücumların 11-ci günündə son vəziyyətlə bağlı açıqlama verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Pete Hegseth ABŞ və İsrail qüvvələrinin İran əleyhinə davam etdirdikləri əməliyyatlar barədə Pentaqonun mətbuat konfransında jurnalistlərə açıqlamalar verib.
Sahədə üstünlüyü ələ keçirdiklərini iddia edən Hegseth, “Bu gün ən çox döyüş təyyarəsi və bombardman təyyarəsinin iştirak etdiyi, İran daxilindəki hücumlarımızın ən yoğun günü olacaq. Kəşfiyyatımız hər zamankından daha yaxşı və dəqiqdir”, - deyə vurğulayıb.