İran Milli Təhlükəsizlik Ali Şurası Baş katibi Əli Laricani ölkəsinin ABŞ-İsrail əlaqəli gəmilərin keçişinə bağladığı Hörmüz boğazı ilə bağlı qiymətləndirmələr edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Laricani bununla bağlı Amerikanın "X" şirkətinin sosial media hesabında paylaşım edib.
Laricani mesajında, "Hörmüz boğazı ya hər kəs üçün sülh və rifah boğazı olacaq, ya da müharibə təhrikçiləri üçün məğlubiyyət və əzab boğazı olacaq", - ifadələrini işlədib.