Pentaqon İrana qarşı davam edən hərbi əməliyyat zamanı indiyədək təxminən 140 ABŞ hərbçisinin yaralandığını təsdiqləyib.
Manset.az bu barədə Reuters-ə istinadən xəbər verir.
Pentaqon bəyanatında bu xəsarətlərin əsasən yüngül xarakterli olduğu bildirilir. Sənəddə qeyd olunur ki, xəsarət alanlardan 108 nəfəri artıq sağalaraq xidmət yerlərinə geri qayıdıb.