Yaxın Şərqdəki eskalasiya fonunda Hindistana yollanan maye qaz daşıyan tanker Hörmüz boğazını keçib.
Manset.az xəbər verir ki, bu barədə Hindistanın NDTV kanalı öz saytında məlumat yayıb.
Bildirilib ki, gəmi bu gün gündüz saatlarında heç bir insident olmadan boğazdan keçib. Tezliklə Hindistana daha bir tankerin yola düşəcəyi qeyd olunub.
Daha əvvəl İranın Hindistandakı səfiri Məhəmməd Fəthəli bildirmişdi ki, Tehran Hindistana yollanan gəmilərin Hörmüz boğazından təhlükəsiz keçməsinə imkan yaradacaq.
Qeyd edilib ki, Hindistan ehtiyacı olan təbii qazın 50 faizini beynəlxalq bazardan alır. Bunun 20 faizi Qətərdən idxal olunur. İranın Qətərin qaz yataqlarına raket zərbələrindən sonra dünyanın ən böyük təbii qaz ixracatçısı olan "QatarEnergy" şirkəti hasilatı dayandırıb, bu da təbii qazın tədarükünə təsir göstərib.