İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ABŞ və İsrailin davam edən hərbi əməliyyatları fonunda göstərdiyi mənəvi dəstəyə görə Türkiyəyə minnətdarlığını bildirib.
Manset.az xəbər verir ki, Seyid Abbas Əraqçi “X” hesabında paylaşdığı mesajda iki ölkə arasındakı qardaşlıq bağlarına toxunub:
“Ramazanın mübarək günlərində qardaş türk millətinin və dost Türkiyə Respublikasının İran xalqı üçün etdiyi dualar və göstərdiyi həmrəylik bizim üçün böyük güc və mənəvi dəstək mənbəyidir”.
Nazir həmçinin vurğulayıb ki, İran üzləşdiyi ağır itkilərə və hücumlara rəğmən, öz suverenliyini və xalqının təhlükəsizliyini qətiyyətlə müdafiə etmək əzmindədir.