ABŞ İrana qarşı hərbi əməliyyat başlayandan bəri Yaxın Şərqə süni intellekt texnologiyaları ilə təchiz olunmuş təxminən 10 min pilotsuz uçuş aparatı göndərib.
Manset.az xəbər verir ki, bu barədə ABC News telekanalı məlumat yayıb.
Məlumata görə, söhbət düşmən dronlarını aşkar etmək və onlara qarşı mübarizə aparmaq üçün hazırlanmış “Merops” sistemlərindən gedir.
Qeyd olunur ki, bu sistemlər "Perennial Autonomy" şirkəti tərəfindən hazırlanıb və Ukraynada da istifadə olunur.