İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsrailin hücumları zamanı İslam Respublikasının bütün rəsmi şəxslərinin sığınacaqlarda gizləndiyi barədə yayılan xəbərləri təkzib edib.
Manset.az Fars xəbər agentliyinə istinadən xəbər verir ki, bunu Əraqçi deyib.
"Bütün dünya Amerikanın rəsmilərimizin gizlənməsi barədə yalan danışdığını gördü" , - o bildirib və əlavə edib ki, başda İran Prezidenti Məsud Pezeşkian olmaqla digər rəsmi şəxslər də "Beynəlxalq Qüds Günü"nə həsr olunan yürüşə qatılıblar:
"Onlar tezliklə görəcəklər ki, yeni ali rəhbər (Müctəba Xamenei) üçün heç bir problem yoxdur. O, öz mesajını verdi və Konstitusiyaya uyğun olaraq vəzifələrini icra edəcək".