İran Dohaya zərbələr endiriləcəyi barədə xəbərdarlıq etdi

08:00 - 16 Mart 2026

İran Dohaya zərbələr endiriləcəyi barədə xəbərdarlıq etdi

İran Silahlı Qüvvələri Qətərin paytaxtı Doha şəhərinin üç rayonuna zərbələr endirilə biləcəyi barədə xəbərdarlıq edib və həmin ərazilərin sakinlərini evakuasiya olunmağa çağırıb.


Manset.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Məlumata görə, xəbərdarlıqda Lusail, Əl-Uaab və Ayn-Xalid rayonlarının sakinlərinə müraciət edilib.

“Yaşadığınız ərazilərdə ABŞ Silahlı Qüvvələrinin əsgər və zabitləri yerləşir. Yaxın bir neçə saat ərzində həmin mövqelərə zərbə endirilə bilər. Bu rayonları mümkün qədər tez tərk edin”, – deyə məlumatda qeyd olunub.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az