Keniyada baş verən güclü yağışların səbəb olduğu sel nəticəsində həyatını itirənlərin sayı 71-ə çatıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Keniya Milli Polis Xidmətinin (NPS) mətbuat nümayəndəsi Muchiri Nyaga tərəfindən yayımlanan açıqlamada ölkənin müxtəlif bölgələrində baş verən güclü yağışların selə səbəb olduğu və nəticədə 71 nəfərin həyatını itirdiyi bildirilib.
Ən çox itki payına Nairobinin payına düşüb. Burada 36 nəfər həyatını itirib. Şərq bölgəsində 19 Rift Vadisi ərazisində 8, Nyanza bölgəsində 4, Sahil bölgəsində 3 və Mərkəzi bölgədə 1 nəfər həlak olub.