ABŞ-nin Nyu-Meksiko ştatında yerləşən Hava Qoşunları bazasında silahlı hücum baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, silahlı hücumda 1 nəfərin həyatını itirdiyi, 1 nəfərin isə yaralandığı bildirilir.
Hadisə yerli vaxtla saat 17:30 radələrində baş verib.
Rəsmi şəxslər yaralanan digər şəxsin tibbi müdaxilə üçün xəstəxanaya aparıldığını və bazanın təhlükəsiz olduğunu açıqlayıblar.
Hücum zamanı vurulan şəxslərin adları və hadisə ilə bağlı əlavə məlumatlar verilməyib.