Hindistanın paytaxtı Yeni Delhidə çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ilk məlumatlara görə, yanğın nəticəsində 7 nəfər həyatını itirib.
Hadisə yerli vaxtla saat 07:00 radələrində Yeni Delhi şəhərinin Palam Metro Stansiyasının yaxınlığında yerləşən bir binada baş verib.
Yanğını söndürmək və xilasetmə əməliyyatlarını həyata keçirmək üçün əraziyə təxminən 30 yanğınsöndürən maşını göndərilib. Rəsmi şəxslər vəziyyətin daha sonra aydınlaşacağını ifadə ediblər.