"Savaş yaxın zamanda bitəcək amma..." - Donald Tramp

10:26 - 19 Mart 2026

\"Savaş yaxın zamanda bitəcək amma...\" - Donald Tramp

ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı günü İranla bağlı müharibənin detallarından danışıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tramp çox yaxın gələcəkdə sona çatacağını, lakin hələ də ayrılmağa hazır olmadıqlarını bildirib. Tramp əvvəlki gün Ağ Evdə İrlandiyanın Baş Nazirinin müavini Mişel Martinlə görüşündə "Baxın, indi ayrılsaq, onların yenidən qurulması 10 il çəkər" - deyib.

ABŞ-nin İranı hər cəhətdən məhv etdiyini iddia edən Tramp, "Hər şeyləri getdi. Liderləri getdi" - ifadəsini də işlədib. İranın Milli Şurasının lideri Əli Laricaninin öldürülməsini təsdiqləyən Tramp onun 32 min etirazçının ölümünə görə məsul olduğunu bildirib. ABŞ Prezidenti həmçinin Hörmüz Boğazının açılması üçün dəstək verməyən NATO ölkələrinə də tənqidlər irəli sürdü. NATO müttəfiqlərini tənqid edən Tramp, "Biz Ukraynaya yardım etdik, amma onlar İran məsələsində yardım etmirlər. Halbuki bütün müttəfiqlər İranın nüvə silahına sahib olmamalı olduğunu qəbul edir" - deyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az