ABŞ-İsrailin İranla bağlı hücumlarının davam etməsi səbəbilə hava məkanını uçuşlara bağlayan İraq bu müddəti uzadıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İraq Mülki Hava Nəqliyyatı İdarəsi, Yaxın Şərqdəki gərginliyin davam etməsi üzündən hava məkanını 72 saat daha uçuşlara qapalı tutma qərarı aldığını açıqlayıb.
Açıqlamada sözügedən qərarın 22 mart bazar günü saat 12:00-ə qədər qüvvədə olacağı bildirilib.
Qeyd edək ki, İraq 28 fevral tarixində ABŞ-İsrailin İranla bağlı hücumlarını pisləyərək hava məkanını 24 saatlıq müddət üçün uçuşlara bağladığını elan etmişdi. Bu müddət daha sonra bir neçə dəfə uzadıldı.