İsrail Hava Qüvvələri dünən Qəzza Zolağında həyata keçirilən hücumla HƏMAS-ın yüksək rütbəli kəşfiyyat komandiri Məhəmməd Ebu Şalehin öldürüldüyünü açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, açıqlamada, "Ebu Şaleh müharibə zamanı taborun yüksək rütbəli rəsmilərinin kəşfiyyat zabiti olaraq fəaliyyət göstərdi və 7 oktyabr planlamasına qatıldı. Həmçinin, son dövrlərdə razılaşmalara zidd olaraq, HƏMAS-ın Qəzza Zolağındakı imkanlarını yenidən qurmağa çalışırdı və IDF qüvvələrinə və İsrail torpaqlarına qarşı terror planları hazırlayırdı. Ebu Şaleh İsrail Müdafiə Qüvvələri (IDF) üzərindəki təhdidi ortadan qaldırmaq məqsədilə dəqiq bir əməliyyatla hədəf alındı. Əməliyyatdan əvvəl mülki əhaliyə zərər verilməsini minimuma endirmək üçün dəqiq sursat, hava nəzarəti və digər kəşfiyyat məlumatları istifadə edilib" - deyə bildirilib.
Açıqlamada IDF və İsrail daxili kəşfiyyat təşkilatı Shin Bet qüvvələrinin razılaşma çərçivəsində bölgədə yerləşdiyi və bütün təhdidləri ortadan qaldırmaq üçün əməliyyatlarına davam edəcəkləri vurğulanıb.