ABŞ Müdafiə naziri Pete Hegseth və ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Dan Caine Pentagonda İran müharibəsinin son vəziyyəti ilə bağlı mətbuat konfransı keçirdilər.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Hegseth, "Bugün indiyə qədərki ən böyük hücum olacaq. Yuxarıdan ölüm və dağıntı yağacaq. İranın müdafiəsi tamamilə məhv edildi" - deyib.
ABŞ Müdafiə naziri Pete Hegseth son mətbuat konfransında etdiyi açıqlamada, "Qərarlı və dəqiq bir əməliyyat həyata keçiririk. Birinci gündən bəri planlı şəkildə hədəflərimizə irəliləyirik. İranın raketlərini, raketatarlarını, nüvə infrastrukturunu məhv edirik. Bunlar ilk gündən bəri hədəflərimiz idi. Təxminən 7 min hədəf vurduq. Bunu deyə bilərəm ki, müharibəni qazanırıq. Onlara hər gün daha böyük hücumlar edirik. Bugün isə indiyə qədərki ən böyük hücum olacaq. İrana ölüm və dağıntı yağacaq. İranın müdafiəsi tamamilə məhv edildi. Hər şeylərini yox etdik. Dənizaltılarının 11-ni də məhv etdik. İranı üstün güc ilə ovlayırıq, naşükür müttəfiqlərimiz Trampa təşəkkür etməlidir", - deyə bildirib.