ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunu İranın neft-qaz obyektlərinə zərbə endirməyin yolverilməzliyi barədə xəbərdar etdiyini bildirib.
Manset.az The Wallstreet Journal-a istinadən xəbər verir ki, o, bu barədə Ağ Evdə Yaponiyanın Baş naziri Sanae Takaiçi ilə görüşdə bildirib.
"Mən ona bir daha bunu etməməyi söylədim və o, bunu etməyəcək", - Vaşinqton administrasiyasının rəhbəri bildirib.
Trampın sözlərinə görə, ABŞ və İsrail müstəqil hərəkət edir, lakin bununla yanaşı, öz səylərini əlaqələndirirlər: "Zaman-zaman o, nəsə edir və əgər bu, mənim xoşuma gəlmirsə, onda biz bunu etmirik".