İranın Müdafiə Şurası ABŞ və İsrail ölkənin sahillərinə və ya adalarına hücum edəcəyi təqdirdə Fars körfəzindəki bütün dəniz yollarını minalamaqla hədələyib.
Manset.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Düşmənin İran sahillərinə və ya adalarına hücum etmək cəhdləri, adi hərbi praktikaya uyğun olaraq, Fars körfəzində və sahilboyu bütün keçidlərin və nəqliyyat yollarının müxtəlif dəniz minaları, o cümlədən sahildən buraxıla bilən üzən minalarla minalanmasına gətirib çıxaracaq”,- məlumatda bildirilir.
Müdafiə Şurasında vurğulanıb ki, Fars körfəzinin minalanması halında o, uzun müddət ərzində “Hörmüz boğazına bənzər vəziyyətə” düşəcək və faktiki olaraq gəmiçilik üçün bağlanacaq.