Nigeriyada körpü partladı - 8 nəfər öldü

21:08 - 23 Mart 2026

Nigeriyada körpü partladı - 8 nəfər öldü

Nigeriyanın Niger ştatının Borqu rayonunda əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində azı səkkiz nəfər həlak olub.


Manset.az bu barədə yerli The Sun Nigeria qəzetinə istinadən xəbər verir.

Məlumata görə, partlayış körpünü dağıdıb. Həmin zaman körpüdə olan avtomobildəki yeddi sərnişin və sürücü hadisə yerində ölüb.

Partlayıcının terrorçular tərəfindən yerləşdirildiyi ehtimal edilir.

Niger ştatı polis idarəsinin rəsmi nümayəndəsi Vasiu Abiodun güc strukturlarının antiterror əməliyyatına başladığını bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az