"Vens və Netanyahu İranla danışıqların şərtlərini müzakirə etdilər"

23:34 - 23 Mart 2026

\"Vens və Netanyahu İranla danışıqların şərtlərini müzakirə etdilər\"

ABŞ-nin Vitse-prezidenti Cey Di Venslə İsrailin Baş naziri Benyamin Netanyahu arasında baş tutan telefon danışığında tərəflər İranla dialoqun qurulması üçün səyləri müzakirə ediblər.


Manset.az xəbər verir ki, bu barədə Axios portalının müxbiri Barak Ravid "X" sosial şəbəkəsində bildirib.

"Vitse-prezident Vens bazar ertəsi səhər İsrailin Baş naziri Netanyahu ilə telefonla danışıb və İranla danışıqlara başlamaq istiqamətində səyləri müzakirə edib", - məlumatda deyilir.

Mənbənin məlumatına görə, Vens və Netanyahu İranla müharibənin dayandırılması üzrə mümkün razılaşmanın komponentlərini müzakirə ediblər.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp cari danışıqlar çərçivəsində Vaşinqtonla Tehran arasında razılaşmalar əldə olunacağı təqdirdə, Hörmüz boğazının dərhal açılacağına əminliyini ifadə etmişdi. Onun sözlərinə görə, Vaşinqton Tehranla Yaxın Şərqdəki münaqişənin "tam nizamlanması" barədə "çox yaxşı" danışıqlar aparıb. Öz növbəsində, İran iddia edir ki, ABŞ ilə birbaşa təmas olmayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az