Trampın imzası ilk dəfə ABŞ dollarında olacaq

09:59 - 27 Mart 2026

Trampın imzası ilk dəfə ABŞ dollarında olacaq

ABŞ-ın qurulmasının 250 illiyi münasibətilə prezident Donald Tramp və maliyyə naziri Skott Bessentin imzaları dolların üzərində əks olunacaq.


Manset.az xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Skott Bessent açıqlama verib. 

    "Böyük ölkəmizin və prezident Donald Trampın tarixi nailiyyətlərini anmaq üçün onun adını daşıyan ABŞ dollarını buraxmaqdan daha təsirli bir yol yoxdur", - Bessent deyib.

    O qeyd edib ki, Trampın imzasının ABŞ valyutasına həkk olunması nəinki uyğun, həm də layiqdir. Çünki onun ölkənin iqtisadi dirçəlişinin qızıl dövrünün memarı kimi tarixə verdiyi töhfə nəzərə alınmalıdır.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az