Pakistanın Hayber Pahtunxva əyalətində polis postuna bombalı avtomobillə hücum edilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfərin həyatını itirdiyi, 1-i polis olmaqla, 13 nəfərin yaralandığı bildirilib.
"Dawn" qəzetinin məlumatına görə, həyatını itirənlərdən 4-nün eyni ailənin üzvü olduğu müəyyən edilib. Bəzi yaralıların vəziyyətinin ağır olduğu və onların xəstəxanaya aparıldığı bildirilir.
Post və ətrafdakı binaların ciddi ziyan gördüyü hücumda dağıntılar altında qalanların ola biləcəyindən narahatlıq ifadə edilir.