ABŞ-nin Yuta ştatında 52 il əvvəl baş vermiş dəhşətli cinayətin qatili ortaya çıxıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, 1974-cü ildə öldürülən 17 yaşlı Laura Ann Aimenin qatilinin Ted Bundy olduğu dəqiqləşib.
Yuta Dövlət Təhlükəsizliyi Departamentinin nümayəndəsi Beau Mason DNA testi texnologiyasındakı irəliləyişlər sayəsində cinayətdən 52 il sonra dəlillərin yenidən araşdırıldığını və nəticələrin Bundynin DNA-sı ilə uyğun gəldiyini bildirib.
Qeyd edək ki, ABŞ tarixində ən təhlükəli silsilə qatillərdən biri kimi tanınan Bundy 1974-1978-ci illər arasında 30 nəfəri öldürdüyünü etiraf etmiş və 1989-cu ildə elektrikli kürsüdə edam edilmişdi.