Türkiyənin İzmir şəhərində 3 yaşlı uşaq parkda bıçaqlanıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, axşam saatlarında 20 yaşlı A.B. parkda ətrafa rastgələ bıçaq ataraq S.E.-ni yaralayıb.
Hadisə barədə məlumat verildikdən sonra, hadisə yerinə təcili tibbi yardım və polis qüvvələri göndərilib. Yaralı uşaq təcili yardım maşını ilə Ege Universiteti Xəstəxanasına aparılıb.
Polis əməkdaşları şübhəli şəxsi cinayət aləti olan bıçaqla saxlayıb.
Şübhəlinin psixiatriya müalicəsi aldığı və hadisə zamanı narkotik maddə təsiri altında olduğu bildirilir.
Uşağın həyati təhlükəsinin olmadığı qeyd edilib və xəstəxanadakı müalicəsi davam edir.