Türkiyədə məktəbdə 2 şagirdi ildırım vuraraq öldürdü

15:16 - 18 Aprel 2026

Türkiyədə məktəbdə 2 şagirdi ildırım vuraraq öldürdü

Türkiyənin Diyarbakır vilayətinin Ergani rayonunda ibtidai məktəbin həyətində ağaca ildırım düşməsi nəticəsində 2 uşaq ölüb, 1 nəfər isə ağır xəsarət alıb.


Manset.az Habertürk-ə istinadən xəbər verir ki, hadisə səhər saatlarında baş verib.

    Məlumata görə, ildırım məktəbin həyətində yerləşən ağaca düşüb. Bu zaman ağacın altında olan 13 yaşlı Serkan Yıldırım, 14 yaşlı Kasım Yıldırım və digər bir uşaq xəsarət alıb. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası yaralıları xəstəxanaya çatdırıb.

    Serkan Yıldırım və Kasım Yıldırım həkimlərin səylərinə baxmayaraq, ölüb. Xəstəxanada müalicəsi davam edən digər yaralının isə vəziyyətinin ağır olduğu bildirilir.

    Həyatını itirən uşaqlar əmioğludur.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az