Türkiyənin XİN başçısı Hakan Fidan V Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən panel müzakirələrində iştirak edib.
Manset.az-ın forumda media rəhbəri olaraq iştirak edən baş redaktoru Əli Vəliyev məlumat verib ki, panel müzakirələrdən sonra Hakan Fidan media nümayəndələrinin izdihamına məruz qalıb. Nazirə böyük maraq səbəbilə jurnalistlər forumun uzun koridorları boyu H.Fidanı çətin vəziyyətdə qoyublar. Nazir Fidan "sabah forumla bağlı geniş mətbuat konfransı olacaq", - deyə bildirib.
Ə.Vəliyevin çəkdiyi həmin media nümayəndələrinin yaratdığı izdiham kadrlarını təqdim edirik: