"Hörmüz boğazı İranın nəzarəti altındadır" - Qalibaf

23:33 - 18 Aprel 2026

\"Hörmüz boğazı İranın nəzarəti altındadır\" - Qalibaf

Hörmüz boğazı İranın nəzarəti altındadır.


Manset.az Tasnim-ə istinadən xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf deyib.

"ABŞ-nin minadan təmizləmə cəhdinə qarşı çıxdıq və bunu atəşkəsin pozulması kimi qiymətləndiririk, toqquşma mərhələsinə qədər irəlilədik, lakin düşmən geri çəkilib", - o bildirib və İslamabadda ABŞ nümayəndə heyətinə bununla bağlı xəbərdarlıq etdiyini əlavə edib:

"İslamabadda dedim ki, əgər onların minaaxtaran gəmisi öz yerindən bir zərrə belə irəli getsə, biz qətiyyətlə atəş açacağıq. Geri qayıtmaq əmri vermək üçün 15 dəqiqə vaxt istədilər. Bu gün boğazda gediş-gəliş həyata keçirilirsə, nəzarət bizim əlimizdədir".

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazının bağlandığını elan edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az