"Apple"da dəyişiklik - O, vəzifədən gedir

12:36 - 21 Aprel 2026

\"Apple\"da dəyişiklik - O, vəzifədən gedir

"Apple" 1 sentyabr 2026 tarixindən etibarən şirkətin baş icraçı direktoru (CEO) Tim Cookun vəzifə dəyişikliyi gözlədiyini açıqlayıb. 



Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tim Cookun şirkətin idarə heyətinin sədri olacağı və onun yerinə şirkətdə başqa bir departamentdən məsul John Ternusun CEO vəzifəsini tutacağı açıqlanıb.


"Apple"ın rəsmi veb saytından verilən yazılı açıqlamaya görə, Tim Cook təxminən 15 ildir davam etdirdiyi CEO vəzifəsindən ayrılaraq idarə heyətinin sədri olacaq. 


Açıqlamada bu dəyişikliyin uzun müddətdir planlaşdırıldığı qeyd edilib və Cookun bu keçid prosesində, o cümlədən, dünya miqyasında siyasətçilərlə əlaqə qurmaq kimi məsələlərdə şirkətin bəzi istiqamətlərinə kömək edəcəyi bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az