İtaliyanın Caserta bölgəsində bir aydan çoxdur itkin düşən 20 yaşlı Vincenzo Iannittinin meyiti tapılıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, gəncin cəsədi yaşadığı Sessa Aurunca bölgəsinin San Castrese məhəlləsindəki təmir edilən bir evin torpaq altındakı hissəsində tapılıb.
Cinayətlə əlaqədar olaraq onun 19 yaşlı bir dostu polisə aparılıb və saatlarla dindirildikdən sonra cinayəti etiraf edib. Şübhəli şəxs gənci iki bıçaq zərbəsi ilə öldürdüyünü, sonra cəsədi terasdan daxili həyətə ataraq müxtəlif əşyalarla üstünü örtdüyünü bildirib.
19 yaşlı şübhəli barədə prokurorun qərarı ilə qətl və cəsədi gizlətmə ittihamları ilə həbs qərarı verilib.