"Təhdid fonunda danışıqları qəbul etmirik" - Qalibaf

15:07 - 21 Aprel 2026

\"Təhdid fonunda danışıqları qəbul etmirik\" - Qalibaf

İran Milli Məclisinin Sədri Məhəmməd Baqir Qalibaf ABŞ-nin Hörmüz Boğazında tətbiq etdiyi dəniz blokadası ilə bağlı danışıb.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, o, "Təhdid kölgəsi altında danışıqları qəbul etmirik", - deyə bildirib.


Kalibaf ABŞ Prezidenti Donald Trampın dəniz blokadası tətbiq edərək və atəşkəsi pozaraq danışıqlar masasını təslimiyyət masasına çevirməyi və müharibə təhrikini qanuniləşdirməyi hədəflədiyini qeyd edib.


Qalibaf bu açıqlamanı ABŞ mərkəzli "X" sosial şəbəkə platformasında verib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az