Mossad üzvü İranda edam edildi

17:16 - 21 Aprel 2026

Mossad üzvü İranda edam edildi

İranda Mossad üzvü olan şəxs edam edilib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, İranın Mizan xəbər agentliyində yayımlanan məlumata görə, İsrailin xarici kəşfiyyat təşkilatı Mossad ilə əlaqəli bir şəbəkənin üzvü olmaq və yanvar ayındakı etirazlar zamanı Tehran şəhərində bir məscidi yandırmaqla ittiham edilən Amirali Mircafari edam edilib.


Xəbərdə Mircafarinin Tahrandakı Kolhak məscidində yanğın çıxarmaq və təhlükəsizlik əleyhinə fəaliyyətlərə rəhbərlik etməkdən mühakimə edildiyi qeyd olunub. Ölüm cəzasının İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndiyi və bu səhər icra edildiyi bildirilib.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az