Almaniyanın beynəlxalq məsələlər üzrə ən yüksək qərarverici orqanı olan Milli Təhlükəsizlik Şurası Almaniya ordusunun Hörmüz boğazında yerləşdirilməsi ilə bağlı təklifi təsdiqləyib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İranla müharibənin davam edəcəyi təqdirdə may ayından etibarən Avropa ölkələrində yaranacağı proqnozlaşdırılan enerji böhranına qarşı tədbirlər görən Almaniyanın beynəlxalq məsələlər üzrə ən yüksək qərarverici orqanı olan Milli Təhlükəsizlik Şurası fövqəladə iclas keçirib.
Almaniyanın kansleri Fridrix Mertsın sədrliyi ilə keçirilən iclasda Şura üzvü olan nazirlər və gündəlik məsələlər üzrə səlahiyyətli dövlət rəsmiləri iştirak ediblər. İclasda ilk növbədə İranla müharibədən sonra artan enerji qiymətləri, enerji təchizatının təhlükəsizliyi və görüləcək əlavə tədbirlər müzakirə olunub.