Türkiyədə əməliyyat - Onursal Adıgüzel saxlanıldı

10:14 - 22 Aprel 2026

Türkiyədə əməliyyat - Onursal Adıgüzel saxlanıldı

İstanbulun Ataşehir Bələdiyyəsində tender, inşaat və yaşayış icazəsi proseslərinə dair rüşvət alındığı iddiası ilə aparılan araşdırma çərçivəsində Bələdiyyə Başçısı Onursal Adıgüzel saxlanılıb.



Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Bələdiyyə Başçısı da daxil olmaqla 20 şübhəlidən 19-u həbs olunub.


İstanbul Anadolu Cümhuriyyət Başsavcılığı Ataşehir Bələdiyyə Başçısı Onursal Adıgüzel, Bələdiyyə Müavinləri Birkan Birol Yıldız, Orhan Aydoğdu və Oğuz Kaya ilə birlikdə müvafiq sahə rəhbərləri və əməkdaşlarının tender, inşaat və yaşayış icazəsi əməliyyatları ilə əlaqədar olaraq rüşvət aldıqlarına dair aldığı şikayətlər əsasında “rüşvət alma”, “cinayət törətmək məqsədilə təşkilat qurma, idarə etmə və üzv olma” və “tenderə müdaxilə etmə” ittihamları ilə araşdırma başlatmışdı.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az