Almaniya Müdafiə Naziri Boris Pistorius 2040-cı ildən əvvəl Avropanın ən güclü konvansiyonel ordusunu qurmağı planlaşdırdıqlarını bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Boris Pistorius, "Aktiv xidmətdəki hərbçilərin, ehtiyatda olan hərbçilərin və mülki şəxslərin sayını artırmağa davam edəcəyik. Bu çərçivədə ən azı 460 min döyüşə hazır hərbçimiz olmağı hədəfləyirik" - deyə açıqlama verib.
Almaniya Silahlı Qüvvələrinin yeni dövrə aid yol xəritəsini açıqlayan Müdafiə Naziri Boris Pistorius Almaniya Baş Qərargah Rəisi General-leytenant Carsten Breuer və nazirlik nümayəndələri ilə birgə keçirdiyi birgə mətbuat konfransında "Dünya daha proqnozlaşdırıla bilməz və daha təhlükəli bir hala gəlib" - şəklində bəyanat verib.