"Hörmüzü minalayan gəmiləri vuracağıq" - TRAMP

17:11 - 23 Aprel 2026

\"Hörmüzü minalayan gəmiləri vuracağıq\" - TRAMP

ABŞ Prezidenti Donald Tramp ABŞ donanmasına Hörmüz boğazına mina yerləşdirən gəmiləri vurma əmri verdiyini açıqlayıb.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tramp həmçinin mina təmizləmə işlərinin üç dəfə artırılacağını bildirib.


ABŞ Prezidenti Donald Tramp bununla bağlı sosial media hesabında açıqlama edib. Tramp paylaşımında bunları qeyd edib:


"ABŞ donanmasına Hörmüz boğazı sularına mina yerləşdirən hər cür gəmini kiçik gəmilər belə olsa vurub məhv etmə əmri verdim. Heç bir təxirəsalma olmayacaq. Həmçinin mina təmizləmə gəmilərimiz hazırda boğazı təmizləyir. Bu fəaliyyətin üç qat artırılaraq davam etməsini əmr edirəm!".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az