İran Xarici İşlər Naziri Abbas Əraqçi ABŞ ilə davam edən atəşkəs danışıqları çərçivəsində Pakistanın vasitəçiliyi ilə yeni təmaslar qurmaq üçün İslamabada gedir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin bu görüşlərə qatılıb-qatılmayacağı isə hələ də qeyri-müəyyəndir.
Qeyd edək ki, ABŞ-İsrailin 28 fevralda İrana qarşı həyata keçirdiyi hücumlarla başlayan prosesdə 8 aprel tarixində 2 həftəlik müvəqqəti atəşkəs razılaşdırılmışdı. Atəşkəsdən sonra 11 aprel tarixində Pakistanda keçirilən görüşlər təxminən 21 saat davam etmiş, lakin tərəflər arasında anlaşma əldə olunmamışdı.