ABŞ-nin Oklahoma ştatında tornado baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, tornadə nəticəsində 10 nəfər yaralanıb. Vens Hava Qüvvələri Bazasında isə ziyan meydana gəlib.
Təxminən 40 dəqiqə davam edən fırtına yaşayış məntəqələrində genişmiqyaslı zərər yaradıb. Binaların damları uçub, elektrik xətləri və ağaclar devrilib.