Xəstəxanadan buraxıldıqdan sonra etdiyi açıqlama ilə diqqət çəkən İbrahim Tatlısesin var-dövləti maraq doğurub.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, məşhur sənətçinin sərvəti ilə bağlı detallar ortaya çıxıb.
Bütün var-dövlətini dövlətə bağışlamağı düşündüyünü ifadə edən məşhur sənətçinin sərvəti ilə bağlı məlumatlar maraqla izlənilib. Ortaya çıxan rəqəmlər mətbuat dünyasında geniş müzakirə mövzusu olub.
Açıqlamadan sonra İbrahim Tatlısesin sahib olduğu var-dövlət gündəmə gəlib. Məlum olan sərvəti arasında bunlar yer alır:
- Seyrantepede 32 mənzil və 4 obyekt
- Fikirtepede 4 mənzil
- İstanbulun müxtəlif bölgələrində 5 mənzil
- Şanlıurfa və Kuşadasında torpaq sahələri
- İzmir şəhərində 5 lüks mənzil
- Bodrumda 12 villa və geniş ərazi