TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınadı

22:53 - 24 Aprel 2026

TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınadı

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb.


Manset.az xəbər verir ki, bu barədə bəyanat TÜRKPA-nın saytında yayımlanıb.

Qeyd olunub ki, bu cür hərəkətlər qarşılıqlı hörmət prinsipini sarsıdır və regional mühitdə gərginliyi daha da artırmaq riski yaradır.

"Etnik nifrətin təzahürü dinc birgəyaşayış və məsuliyyətli ictimai davranış dəyərləri ilə bir araya sığmır.

Biz beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq regionda sabitlik və konstruktiv fəaliyyət üçün zəruri elementlər kimi dialoq, təmkin və qarşılıqlı hörmətin təşviq edilməsinin, eləcə də regionda sülh, qarşılıqlı hörmət və etimadın inkişaf etdirilməsinin vacibliyini bir daha vurğulayırıq", - bəyanatda vurğulanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az