Aİ-dən Trampın qatıldığı tədbirdəki atışmaya münasibət 

15:00 - 26 Aprel 2026

Aİ-dən Trampın qatıldığı tədbirdəki atışmaya münasibət 

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Vaşinqtonda “Hilton” otelində keçirilən tədbir zamanı olan silahlı hücuma münasibət bildirib.


Manset.az xəbər verir ki, bu barədə o, “X”də yazıb.

“Orada olan hər kəsin, o cümlədən Prezident Donald Trampın atışmadan sonra sağ-salamat olması sevindiricidir”, - o qeyd edib.

Kallas həmçinin vurğulayıb ki, demokratik cəmiyyətdə siyasi zorakılıq baş verməməlidir.

Xatırladaq ki, bu gün səhər saatlarında (Bakı vaxı ilə) ABŞ Prezidenti Donald Trampın da iştirak etdiyi, Vaşinqtonda “Hilton” hoteldə keçirilən Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda atışma olub. Hadisə zamanı 1 təhlükəsizlik əməkdaşı vurulsa da, geyindiyi zireh onu xəsarətdən xilas edib. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az